Verdim sənə bu canımı havayı,
Getdi ömür, ağardı saç, qocaldım!
Düzdü bir az çətin oldu unutmaq,
Amma səni unutmağı bacardım.
Yoxluğuna öyrəşdirdin sən özün,
Asta-asta, hər gün bir az unutdum!
Hey pislədim bu ürəyə mən səni,
Axır səndən, bu ürəyi soyutdum.
Sənsiz sıxmır xatirələr qəlbimi,
Daha gəlmir dünya mənə dar indi!
Başqa şəhər, başqa-başqa küçələr,
Başqa-başqa, xatirələr var indi.
